Ölkədə 46 bank və onların 613 filialı var
Hazırda respublikada 46 bankın lisenziyası var, onlardan 1-i dövlət, 45-i isə özəl bankdır. Xarici kapitalın iştirakı ilə 23 bank fəaliyyət göstərir. Xarici kapital 7 bankın nizamnamə kapitalının 50%-dən 100%-nə qədərini, 14 bankın nizamnamə kapitalının isə 50%-dən az olan hissəsini təşkil edir. Xarici bankların yerli filiallarının sayı isə 2-yə bərabərdir.
Bu barədə Müstəqil İnformasiya Agentliyinə Mərkəzi Bankın mətbuat xidmətindən məlumat verilib. Mərkəzi Bankın məlumatına görə, iyulun 1-dək bank əməliyyatları aparmaq üçün 142 kredit təşkilatının lisenziyası olub. Bunlardan 96-sı bank olmayan kredit təşkilatlarıdır.
Hazırda fəaliyyətdə olan bankların 613 yerli filialı işləyir. Onlardan 38-i dövlət, 575-i isə özəl bankların payına düşür. Bankların xaricdə fəaliyyət göstərən strukturlarının sayı 9-a bərabərdir. Bunlardan 6-sı nümayəndəlik, 2-si törəmə bank, 1-i isə filialdır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19