Azərbaycanda qeyri-sabit hava şəraiti bəzi rayonlarda məhsuldarlığa ciddi təsir etsə də, kənd təsərrüfatı məhsullarının istehsalı azalmayacaq. Bunu kənd təsərrüfatı naziri İsmət Abasov deyib. O bəyan edib ki, Azərbaycanın aqrar sektoru davamlı inkişaflə təmin olunur. ?Hava şəraitinin pis keçməsi o demək deyil ki, məhsuldarlıq azalacaq. Bu, ölkənin bir sıra regionlarında məhsuldarlığa təsir göstərsə də, ümumilikdə ölkə üzrə ötən il olduğu kimi, bu il də ilin sonuna qədər təxminən altı faiz artım gözlənilir. 2008-ci ilin yekunlarına əsasən kənd təsərrüfatında artım 6,1 faiz təşkil edib?,- deyə nazir İsmət Abasov qeyd edib.