Bu ilin oktyabr ayında Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin təşkilatçılığı ilə Ermənistanda Azərbaycan filmlərinin feçtivalı keçiriləcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sözügedən təşkilatın layihələrində mütəmadi iştirak edən yazıçı Seymur Baycan məlumat verib. S.Baycan deyib ki, festivalda əsasən, müstəqillik dövründə çəkilmiş qısametrajlı filmlər nümayiş olunacaq: ?Həmin filmlərin hamısının adı bəlli olmasa da, onu deyə bilərəm ki, Vaqif Mustafayevin ?Hər şey yaxşılığa doğru? filmi nümayiş olunacaq. Festivalda isə əsasən tələbələr iştirak edəcək. Xatırladım ki, ötən il də Ermənistanda belə bir fetival keçirilmişdi. O zaman festivalda türk filmləri nümayiş olunmuş. Doğrudur, o zaman Ermənistanda festivalın keirilməsinə maneçilik yaradılsa da, amma təşkilat bu festivalı keçirməyə müvəffəq oldu?. Müsahibimiz onu da vurğulayıb ki, təşkilat həmçinin, Türkiyədə erməni filmlərinin festivalını keçirməyi planlaşdırır. Məlumat üçün bildirək ki, Sülhməramlı Təşəbbüslər Mərkəzinin sədri Georgi Vanyandır.