?AtaSığorta?ın bu il üçün Şirkətin ümumi gəlirləri 3,17 milyon manat olub
?AtaSığorta? ASC cari ilin 7 ayı üzrə fəaliyyətinə yekun vurub. Şirkətdən verilən MİA-ya məlumata görə, 2009-cu ilin 7 ayı ərzində ?AtaSığorta? ASC-nin topladığı sığorta haqqlarının ümumi həcmi 1,78 milyon manat, verilmiş sığorta ödənişləri 0,427 mln. manat təşkil edib.
Hesabat dövrü ərzində Şirkətin ümumi gəlirləri 3,17 milyon manat, ümumi xərcləri 2,25 milyon manat olmaqla, balans mənfəəti 0,914 mln. manat təşkil etmişdir ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 15,3% çoxdur.
?AtaSığorta? ASC 2004-cü ilin sentyabr ayından sığorta bazarında fəaliyyət göstərir. Səhmdarı ?AtaHoldinq? ASC olan Şirkətin faktiki ödənilmiş nizamnamə kapitalı 2 milyon manat təşkil edir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19