Müğənni iradə ibrahimova bu yay Bodrumda istirahət edəcək
Yay fəslində işləməkdən daha çox istirahətə üstünlük verənlərdən biri də İradə İbrahimovadır. Belə ki, gənc və gözəl müğənni Türkiyənin dilbər istirahət güşələrindən olan Bodrumda dincəlməyi qərarlaşdırıb.
Müğənninin mətbuat katibi Zəminə xanım Show.az-a deyib ki, İradə İbrahimiova avqustun 15-də Bodruma gedəcək. Müğənni Bodrumda dincəldikdən sonra Bakıya klip çəkilişlərinə gələcək. ?Nigaranam gəl? mahnısının klipində geyinmək üçün istifadə olunacaq libaslar yerli ustalar tərəfindən hazırlanacaq. Bu barədə məlumatı Show.az-a verən mətbuat katibi Zəminə xanım onu da əlavə edib ki, yaxın zamanlarda kliplə və İradənin digər işləri ilə bağlı mediaya ətraflı məlumat veriləcək!
Xatırladaq ki, İradə ailə qurub, İstanbula köçdükdən sonra ilk dəfə mayın sonunda Bakıya gələndə ?Nigaranam gəl? mahnısına klip çəkdirmək üçün iyunun sonunadək Vətəndə qalmışdı. Lakin müəyyən səbəblərdən həmin vaxt çəkiliş baş tutmamışdı.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47