BMT avqustun 12-ni Beynəlxalq Gənclər günü elan edib. Bununla əlaqədar müxtəlif ölkələrdə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Amma Azərbaycanda belə bir tədbirin keçirilib, keçirilməməsi dəqiq bilinmir. Çünki Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Müstəqil İnformasiya Agentliyinə deyib ki, hələlik belə bir tədbirin keçirilməsi nəzərdə tutulmayıb və hər hansı tədbir olacağı təqdirdə mütləq ictimaiyyətə məlumat veriləcək.