Latviya prezidenti Valdis Zatlers baz nazir Artur Rasizadə ilə görüzüb
Azərbaycanda səfərdə olan Latviya prezidenti Valdis Zatlers bu gün onun üçün ayrılmış iqamətgahda ölkəmizin Baş naziri Artur Rasizadə ilə görüşüb. Latviya dövlət başçısı bu səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev ilə aparılan danışıqları yüksək qiymətləndirərək vurğulayıb ki, həmin danışıqlar bütün sahələrdə ikitərəfli əlaqələrin genişlənməsinə xidmət edəcək.
Prezident Valdis Zatlers iqtisadi sahədə Latviya-Azərbaycan əməkdaşlığının perspektivlərindən bəhs edərək, səfər zamanı imzalanmış ikitərəfli sənədlərin qarşılıqlı faydalı münasibətlərin daha da inkişaf etdirilməsi üçün əhəmiyyətini vurğulayıb.
Baş nazir Artur Rasizadə Prezident Valdis Zatlersə son illərdə Azərbaycanda həyata keçirilmiş iqtisadi islahatlar barədə məlumat verib. O, əmin olduğunu bildirib ki, Latviya dövlət başçısının Azərbaycana rəsmi səfəri iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə təkan verəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50