Beynəlxalq Avropa Hərəkatının baş katibi Diogo Pinto avqustun 12-də Azərbaycana səfərə gələcək. Qurumun Azərbaycan üzrə hazırlıq komitəsindən verilən məlumata görə, avqustun 14-dək davam edəcək səfər çərçivəsində Diogo Pintonun Milli Məclisdə, Xarici İşlər Nazirliyində, Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyində, Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT və siyasi partiyaların təmsilçiləri ilə görüşləri nəzərdə tutulub. Səfərin əsas məqsədi Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Şərq Tərəfdaşlıq Proqramı ilə bağlı bir sıra müzakirələr aparmaq, ölkəmizdəki ictimai siyasi vəziyyətlə tanış olmaq, Azərbaycanın Avropaya inteqrasiyası yönümündə bir sıra təkliflər verməkdir.