Bu gün dünya pop-ulduzu Maykl Cekson nəhayət ki, dəfn edilib. Məşhur müğənni ABŞ-ın Los-Anceles ştatında Forest Lawn qəbirstanlığında torpağa tapşırılıb. Bu barədə məlumatı ?Lenta.ru? xəbər portalı yayıb. Xəbərə görə, bu barədə məlumatı müğənninin ailəvi vəkili və ifaçı Brayan Oksaman verib. Dəfn mərasimində yalnız müğənninin yaxınları iştirak edib. Xatırladaq ki, avqustun 8-də pop-kralın beyni ailə üzvlərinə qaytarılıb. Və məhz bundan sonra onun dəfn olunmasına dair qərar verilib.