?Bildiyiniz kimi, bələdiyyələrin birləşdirilməsi ilə bağlı prezidentin sərəncamı var. Ancaq hələlik bələdiyyələrin necə formalaşacağı məlum deyil. Hansı bələdiyyələr birləşdiriləcək, necə formalaşacaq bilmirik. Bu da müxalifətə seçkiyə hazırlaşmaqda və namizədlərin müəyyənləşməsində problem yaradır?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. ADP sədrinin sözlərinə görə, hakimiyyətin yaratdığı qeyri-müəyyən mühit müxalifətin normal seçki hazırlıqlarını həyata keçirməyə maneçilik törədir: ?Bu səbəbdən də biz konkret addımlar ata bilmirik. Amma buna baxmayaraq, seçkiyə hazırlaşırıq və çalışacağıq ki, dairələrin yarıdan çoxunda namizədimizlə iştirak edək?. Özünün bələdiyyə seçkilərində namizəd kimi iştirak edəcəyinə gəlincə, Sərdar bəy ?Əgər Bakı bələdiyyəsinə seçkilər keçirilərsə, mən də namizəd ola bilərəm. Ancaq hansısa rayondan bələdiyyə üzvlüyünə namizədliyimi irəli sürmək fikrim yoxdur?,- söyləyib.