Baş Prokurorluğun strukturunda kadr dəyişiklikləri edilib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, baş prokuror Zakir Qaralaovun əmri ilə kadr dəyişikliklər olub. E.Sultanovun sözlərinə görə, Baş Prokurorluq üzrə müvafiq əmrlərlə Baş prokurorun köməkçisi İlqar Abbasov tutduğu vəzidəfən azad edilərək, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə, Baş Prokurorluğun idarə prokuroru Yusif Cəlilli isə Baş prokurorun köməkçisi vəzifələrinə təyin olunublar.