ilham Əliyev bp-nin axtarız-kəzfiyyat və hasilat izləri üzrə baz icraçı direktorunu qəbul edib
Prezident İlham Əliyev avqustun 6-da bp-nin axtarış-kəşfiyyat və hasilat işləri üzrə baş icraçı direktoru Endi İnqlisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə bp arasında uzun illər davam edən uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub. Əməkdaşlığın gələcəkdə də genişlənməsi üçün yaxşı imkanların mövcud olduğu vurğulanıb.
Bp-nin axtarış-kəşfiyyat və hasilat işləri üzrə baş icraçı direktoru Endi İnqlis ?bp-Azərbaycan? şirkətinin vəzifəsini başa vurmuş rəhbəri Bill Şreyderin yerinə Rəşid Cavanşirin təyin olunduğunu bildirərək, bu təyinatın azərbaycanlı kadrların bp-nin fəaliyyətində yaxından iştirakının yaxşı nümunəsi olduğunu deyib.
Dövlət başçısı Bill Şreyderin ölkəmizlə bp arasında əməkdaşlığın genişlənməsindəki xidmətlərini vurğulayaraq, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev azərbaycanlı kadrın ?bp-Azərbaycan? şirkətinin prezidenti vəzifəsinə təyin olunmasını Azərbaycan ilə bp arasında səmərəli əməkdaşlıq əlaqələrinin təzahürü kimi qiymətləndirib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19