Xəbər verdiyimiz kimi kimi, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həbs olunan "Hədəf" Gənclər Koalisiyasının sədri Ağasif Şakiroğlu azadlığa buraxılıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, sabah saat 12:00-da Repartyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) ofisində Gənclər Təşkilatları, QHT nümayəndələri, millət vəkillərinin iştirakı ilə Müsavat Partiyası Gənclər Təşkilatı Ağasif Şakiroğlunun qanunusuz həbsi ilə əlaqədar dəyirmi masa keçirəcək. Müsavat Gənclər Təşkilatı gənclər və idman naziri Azad Rəhimov da bu tədbirə dəvət edib və son dövrlər gənclərə qarşı ydilən təzyiqləri nazirlə də müzakirə etmək istəyirlər.