Nəriman Nərimanovun ev muzeyi təmirə dayanıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumatı sözügedən muzeyin əməkdaşı Afət Məmmədova verib. ?Bir aydan yuxarıdır ki, Nəriman Nərimanovun ev muzeyi təmirə dayanıb. Muzeydə olan bütün eksponatlar yığışdırılıb. Bir sözlə, təmirlə bağlı muzeydə köklü dəyişikliklər gedir. Hər halda muzey olaraq bu işdə biz Mədəniyyət və Turizm Nazirliyinə minnətdarıq? deyən A.Məmmədova onu da bildirib ki, muzeydə aparılan təmir işlərinin nə vaxt başa çatacağı məlum deyil.