XiN Tacikistana səyahətlərin təhlükəli olması barədə vətəndazlara xəbərdarlıq edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına Tacikistanda mövcud olan vəziyyətlə bağlı xəbərdarlıq edib. Bu barədə məlumat XİN-nin rəsmi saytında yer alib.
Xəbərdarlıqda qeyd olunur ki, Tacikistanda təhlükəsizliklə bağlı ümumi vəziyyət sabit olsa da, bu ölkənin Əfqanıstan, Qırğızıstan və Özbəkistanla sərhəd ərazilərinə səyahətlər çox təhlükəlidir: ?Bu ölkələrlə sərhədlərin hər iki tərəfində yerləri nişanlanmış və nişanlanmamış minalanmış ərazilər mövcuddur. Bu ərazilərə Soqdi vilayəti, Tavildara regionu, Darvaz, İsfar, Vanc, Ruşan, Rəşt və Rudəki rayonları aiddir.
Bunlardan başqa, Rəşt vadisində və Garm/Tavildara regionunda yaz aylarında güclü torpaq sürüşmələri baş verir. Bu ərazilərə gedərkən səyahətçilərin yuxarıda deyilənləri nəzərə almaları tövsiyə olunur. Paytaxt şəhəri Düşənbə təhlükəsiz olsa da, Əfqanıstanla sərhəd ərazilərdə tez-tez narkotik alverçiləri və sərhədçilər arasında silahlı toqquşmalar baş verir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Tacikistanda donuz qripinə yoluxma halları baş verməsə də, ümumi regionda donuz qripi ilə əlqədar təsdiqlənmiş faktlar mövcuddur?.
XİN Tacikistanda daimi, müvəqqəti yaşayan və olan Azərbaycan vətəndaşlarının hər hansı problemlə əlaqədar onlara yardım göstərilməsi üçün Azərbaycanın Tacikistandakı səfirliyi ilə əlaqə saxlamaları və konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50