Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Namiq Əliyev avqustun 4-də Qardaban rayonun güclü yağışdan zərər çəkmiş sakinlərinə baş çəkib. Gürcüstandakı səfirliyimizdən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Namiq Əliyev səfəri çərçivəsində həmin bölgədə yaşayan azərbaycanlıların və gürcülərin problemləri ilə maraqlanıb. Qeyd edək ki, təbii fəlakət bölgəsinin böyük kəndlərinə - Nəzərli, Kosalı, Candar, Vaxtan kəndlrinə ciddi zərər dəyib. Nəzərli və Kosalı kəndlərində 3500 evi yağış suyu basıb. Təbii fəlakət zamanı həmin bölgənin sakinlərinin təsərrüfatlarına da böyük zərər dəyib, onlarla ev heyvanı ölüb və təsərrüfatlar istifadəsiz hala düşüb. Səfir Namiq Əliyevlə görüş zaman yerli sakinlər problemləri dilə gətiriblər. Təbii fəlakət bölgəsindəki vəziyyətlə yaxından tanış olan səfir vəziyyət bardə adiyyəti dövlət orqanlarına məlumat verəcəyini bildirib. O, təbii fəlakətin nəticəsinin aradan qaldırılması istiqamətində səylərin artırılmasına yardımçı olacağını və bu istiqamətdə əlindən gələn yardımı göstərəcəyini vurğulayıb.