Arıçılıq məhsullarının satız yarmarkası gələn ay keçiriləcək
Sentyabrın əvvəllərində Bakıda arıçılıq məhsullarının növbəti ümumrespublika sərgi-satış yarmarkası keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq məhsullarının istehsalı və emalı şöbəsindən Müstəqil İnformasiya Agentliinə verilən məlumata görə, bu ilki sərgidə ölkənin müxtəlif bölgələrindən olan 400-dən çox arıçının iştirak edəcəyi gözlənilir. Bu dəfə sərgi-yarmarkaya çıxarılacaq məhsulların çeşidi və keyfiyyəti daha geniş olacaq. Eyni zamanda yarmarkada qiymətlərin də bazardakından ucuz olacağı bildirilir. Artıq indidən arıçılıq məhsullarının istehsalçıları yarmarkaya hazırlaşmaları barədə məlumatlandırılıb. Hələlik sərgi-yarmarkanın yeri dəqiqləşməyib.
Rəsmi məlumatlara görə, arıçılığın inkişafı üçün əlverişli coğrafi şərait və zəngin təbiəti olan Azərbaycanda hazırda 126 min arı ailəsi var. Onlardan 1000-i Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olan müəssisələrdə, qalanları isə fərdi təsərrüfatlarda saxlanılır. Hər il Azərbaycanda 10 min tondan çox bal istehsal olunur. Hazırda ölkədə 3 mindən çox adam arıçılıqla məşğuldur.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19