Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsində ?qaynar xətt? yaradılıb. İdarənin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə bildirilib ki, ?qaynar xətt?in yardılmasında məqsəd Milli Parkı ziyarət edən paytaxt sakinləri və şəhərin qonaqlarının təklif və şikayətlərini dinləmək, baş verən narahatlıqlarla bağlı müvafiq apaşdırmalar aparmaqdır. İdarədən əldə etdiymiz məlumata görə, bu yaxınlarda fəaliyyətə başlayan ?qaynar xətt?ə xeyli təklif və irad da daxil olub. Həmin müraciətlərin əksəriyyəti dənizkənarı bulvar ərazisində əhaliyə göstərilən xidmətlərin qiymətlərinin bahalığı ilə əlaqədardır. Dənizkənarı Bulvar İdarəsinin ?qaynar xətt?i ilə 480-18-36 nömrəli telefona zəng etməklə əlaqə yaratmaq olar.