Xalq artisti Elxan Ağahüseynoğlu bu gün səhər vəfat edib
Azərbaycan mədəniyyətinə ağır itki baş verib. Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru, prezident təqaüdçüsü Elxan Ağahüseynoğlu bu gün səhər vəfat edib. Xalq artisti uzun müddət idiki, şəkərli diabetdən əziyyət çəkirdi.
E.Ağahüseynoğlu 8 dekabr 1942-ci ildə Bakıda doğulub. O, 40 ildən çox Akademik Milli Dram Teatrının aktyorudur. O, bu illər ərzində çox səmərəli fəaliyyət göstərib və ən müxtəlif janrlı tamaqalarda əlvan və rəngarəng, bədii tip kimi çox xarakterli rollar oynayıb.
Aktyor ?Axırıncı aşırım?, ?Ömrün səhifələri?, ?Dantenin yubileyi?, ?Qəm pəncərəsi? bədii filmlərində də çəkilib.
Elxan Ağahüseynoğlu aktyorluq sənətində qazandığı nailiyyətlərə görə 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2002-ci ildə isə Xalq Artisti fəxri adları ilə təltif olunub.
Allah rəhmət eləsin!
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47