ABŞ-da yerləşən və dünya üzrə insan resurslarını öyrənən, statistik araşdırma xidmətləri göstərən nüfuzlu ?Gallup? təşkilatı iyulun 31-də keçmiş sovet respublikaları üzrə yeni sorğusunun nəticələrini elan edib. Sorğu hər ölkədə 1000 respondent arasında keçirilib. ?Siz ölkənizin rəhbərliyinin fəaliyyətindən razısınızmı? sualına Azərbaycanda əhalinin 77 faizi müsbət cavab verib. ?Gallup?un sorğusunun nəticələrinə görə, Azərbaycan birinci yeri tutur. ?Gallup?un sorğusunun nəticələrinə görə, Ukrayna əhalisinin cəmi 4 faizi rəhbərliyin işindən razıdır. Litvada əhalinin 13 faizi, Gürcüstanda 21 faizi, Moldovada 25 faizi ölkə rəhbərliyinin fəaliyyətini bəyənib.