Əhməd Şəfəq Bakıdadır
Millətçi türk müğənnisi Əhməd Şəfəq Bakıdadır. Müstəqil İnformasiya Agentliyinin əməkdaşına açıqlama verən Əhməd Şəfəq Bakıya gəlişinin məqsədi "Cavad xan" filminə baxmaq olduğunu bildirib.
Qeyd edək ki, bu gün Azərbaycan kinosunun 111 illiyi qeyd olunur. Tarixi günlə əlaqədar tədbir Heydər Əliyev sarayında keçiriləcək. Rəsmi hissədən sonra "Cavad xan" filmi nümayiş olunacaq.
Əhməd Şəfəq onu da bildirib ki, Bakıya budəfəki səfəri zamanı hər hansı bir konserti planlaşdırılmır. Amma Türkiyəli müğənni payızda Azərbaycanda konsert verməyi nəzərdə tutub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47