ilham Əliyev Küveytin Azərbaycandakı səfiri Fəhd Saad Səid əl-Meyi qəbul edib
Prezident İlham Əliyev Küveytin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fəhd Saad Səid əl-Meyi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Ölkə başçısı Azərbaycanla Küveyt arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirib.
İ.Əliyev səfirin Azərbaycanda diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmlənməsi işinə öz töhfəsini verdiyini deyib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Səfir Fəhd Saad Səid əl-Mey Azərbaycanda üçillik fəaliyyəti dövründə sabitlik və əmin-amanlığın yüksək səviyyədə təmin edildiyinin şahidi olduğunu vurğulayaraq, ölkəmizdəki missiyasından məmnunluğunu bildirib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50