Bəstəkar Nadir Əzimov yeni mahnılar üzərində işləyir. N.Əzimov Müstəqil İnformasiya Agentliyinə bildirib ki, yeni mahnılar üçün ona müraciət edənlərin sayı çoxdur: ?Ən önəmlisi isə odur ki, mən xalq artisti İlhamə Quliyevadan bir neçə təklif almışam. Hazırda həmin mahnılar üzərində işləyirik. Mahnılar klip şəklində təqdim ediləcək. Çalışırıq ki, bu mahnılar onun ad gününə kimi hazır olsun. Bundan başqa, Mətanət İsgəndərli ilə yeni mahnılar yazırıq.? Qeyd edək ki, bəstəkar həm də bir neçə gənc müğənnilərlə iş birliyi qurub.