Niyazinin səslənməyən əsərləri təqdim olunacaq
Avqustun 5-i maestro Niyazinin xatirə günüdür. Niyazinin ev muzeyinin direktoru Rza Bayramov Müstəqil İnformasiya Agentliyinə deyib ki, hər il bu günü qeyd edirlər: ?Bu il də öz ənənəmizə sadiq qalmışıq. Sentyabrın əvvəlində Niyazinin ev muzeyində onun xatirə gecəsi keçiriləcək. Həmişəki kimi tədbirdə Niyazi yolunun davamçıları çıxış edəcəklər?.
R.Bayramovun sözlərinə görə, sənətkarın bu günə kimi səslənməyən əsərləri var. Tədbirdə həmin əsərlərin də bir neçəsi tələbələrin ifasında qonaqlara təqdim olunacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47