Azərbaycanın mühasibatlıq tarixində ilk dəfə olaraq, Auditorlar Palatasında Beynəlxalq Mühasibat Uçotu Standartları üzrə Milli Diplom imtahanını uğurla vermiş mühasiblərin 31 iyul 2009-cu ildə Beynəlxalq Mühasibat Uçotu Standartları üzrə Milli Diplomla təltif olunma mərasimi keçiriləcək. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iştirakçılar 4 iyul 2009-cu il tarixində imtahan veriblər və imtahanda 46 namizəddən 42-si iştirak edib. İmtahan zamanı intizam qaydalarının pozulması və ya digər səbəbdən imtahandan xaric edilən olmayıb.