Əvəz Temirxan: ?Siyasi meydanda nə qədər partiya qalmalıdır, onu xalq özü həll edir?
Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə ölkədə fəaliyyət göstərən siyasi partiyaların çoxluğundan şikayətlənib və bildirib ki, Azərbaycanda 5 partiyanın fəaliyyət göstərməsi yetərlidir.
Məsələylə bağlı Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Azərbaycan Liberal Partiyanın (ALP) sədr əvəzi Əvəz Temirxan isə demokratiyanın məhdudlaşdırılması, yaxudhansısa səddin qoylması ilə razı olmadığını bildirib: ?Bu günə kimi Azərbaycanda demokratik seçki keçirilməyib ki, hansı partiyanın güclü olub-olmadığını demək mümkün olsun. Ona görə də partiyaların az, yaxud çox olması yanaşması düzgün deyil. Hər şeydən öncə səslərin düzgün sayılması, demokratik seçki keçirilməsi məsələsi öz həllini tapmalıdır. Ondan sonra siyasi meydanda nə qədər partiya qalmalıdır, onu xalq özü həll edir. Heç kimin xalqın səlahiyyətində olan məsələləri həll etmək haqqı yoxdur?.
Ə.Temirxan onu da vurğulayıb ki, kim partiyaların sayının azaldılmasını tələb edirsə, birinci onun öz partiyasından başlamaq lazımdır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51