AMiP bələdiyyə seçkilərində iztirak formatını müəyyənləzdirir
Qarşıdan gələn bələdiyyə seçkilərində birgə iştirak etmək üçün Azərbaycan Milli İstiqlal Partiyasına (AMİP) bir neçə müxalifət partiyasından təklif daxil olub.
Müstəqil İnformasiya Agentliyinə açıqlama verən AMİP-in təbliğat və mətbuat katibi Əli Orucov bildirib ki, hazırda partiyada bu təkliflərin dəyərləndirirməsi prosesi gedir. Ə.Orucovun sözlərinə görə, AMİP seçkilərə start verilənə qədər partiyanın seçkilərdə iştirak forması və müttəfiqləri ilə bağlı qərarın qəbul ediləcək: ?Öncə onu deyim ki, hələlik partiyada seçkiyə qatılmağın forması ilə bağlı vahid mövqe yoxdur. Seçkilərdə təkbaşına və koalisiya tərkibində iştirak etməklə bağlı fikirlər var. Mənim fikrimcə, koalisiyalara qoşulmaq daha məqsədəuyğundur. Çünki bələdiyyə seçkiləri daha çox insan resursları tələb edən seçkidir. Buna görə hər hansı müxalifət partiyasının seçkilərdə təkbaşına uğur qazanması mümkün deyil?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51