Mübariz Qurbanlı AŞPA-nın siyasi məhbus üzrə məruzəçisini qeyri-obyektivlikdə suçladı
Avropa Şurasının Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin gənc fəallar Adnan Hacızadə ilə Emin Millinin həbsini pisləyən bəyanatla çıxış etməsi hakim düşərgənin narazılığı ilə qarşılanıb.
Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mubariz Qurbanlı deyib ki, gənclərin həbsi siyasi xarakter daşımır və bu istiqamətdə verilən bəyanatlar da yanlışdır: ?Azərbaycanda heç bir həbs siyasi xarakter daşımır. Hüqüq-mühafizə orqanları bütün məsələləri hüquqi müstəvidə həll edir. Hər bir məsələ açıq şəkildə məhkəmə yolu ilə həll olunur. Ona görə də hesab edirəm ki, biz məhkəmənin işinə müdaxilə etməməliyik. Xüsusiylə beynəlxalq qurumların nümayəndələri hər yerdə olduğu kimi, Azərbaycanda da qanunun aliliyinə hörmətlə yanaşmalıdır?.
YAP-çı deputat onu da bildirib ki, Ştrasser Azərbaycanda jurnalistlərə, müxalifət nümayəndələrinə qaba rəftara yol verildiyini deməklə yanlışlığa yol verir. Onun sözlərinə görə, hansısa beynəlxalq təşkilatın nümayəndəsi vəziyyəti tam araşdırmadan Azərbaycan hakimiyəti haqqında yanlış fikirlər səsləndirməməlidir, qeyri-obyektiv bəyanatlar verməməlidir.
Siyasi məhbus məsələləri ilə bağlı araşdırmaların aparılacağı və siyasi məhbusların siyahısının hazırlanmasına gəlincə, M.Qurbanlı ?Azərbaycanda, ümumiyyətlə, siyasi məhbus yoxdur. Azərbaycan hakimiyyəti də bunu dəfələrlə qeyd edib. Hesab edirəm ki, siyas məhbuslarla bağlı səslənən fikirlər əsassızdır?- söyləyib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51