Deputatlarımız Moldovada keçiriləcək növbədənkənar parlament seçkilərini izləyəcək
İyulun 29-da Moldovada keçiriləcək növbədənkənar parlament seçkilərini Azərbaycan Respublikası Milli Məclisinin deputatları da Müstəqil Dövlətlər Birliyinin müşahidəçilər missiyasının tərkibində izləyəcəklər.
Milli Məclisdən bildilib ki, azərbaycanlı deputatlar Moldovanın müxtəlif seçki məntəqələrində olacaq, prosesin gedişi ilə maraqlanacaqlar. Səsvermə başa çatdıqdan sonra MDB müşahidə missiyası seçkilərin nəticəsi ilə bağlı rəyini açıqlayacaq.
Qeyd edək ki, bu il iyun ayında Moldovada parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı dövlət başçısı fərman imzalanıb.
Növbədənkənar parlament seçkilərində əsas mübarizə Moldovanın 9 siyasi partiyası arasında gedəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51