Elmira Şabanovanın səhhəti normallazmayıb
Xalq artisti Elmira Şabanovanın səhhəti ağır olaraq qalmaqdadır. Aktrisanın oğlu Müstəqil İnformasiya Agentliyinə deyib ki, anası hələ də reanimasiyadadır: ?Səhhəti pisləşəndən bu günə qədər vəziyyətinin müsbətə doğru dəyişməsi hiss olunmur. Həkimlər onun vəziyyətini ağır-stabil qiymətləndirirlər. Çünki beyininə qan sızıb. Həkimlərin sözlərinə görə, bu xəstəlik keçə də bilər. Gözləyirik, ümid Allaha qalıb?.
Xatırladaq ki, Elmira xanım ?Xəzər? TV-dəki canlı yayında xəstələnib və oradan bir başa xəstəxanaya aparılıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47