2000-ci ildən başlayaraq hər il avqustun 2-də Azərbaycanda Milli Kino Günü keçirilir. Bu il Milli Kino Gününə həsr olunmuş rəsmi tədbir iyulun 31-də keçiriləcək. Mədəniyyət əv Turizm Nazirliyi mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyevanın Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, həmin gün saat 17.00-da Heydər Əliyev Sarayında Milli Kino Günü ilə bağlı bədii gecə təşkil olunacaq. Rəsmi hissədən sonra ?Cavad xan? filmi ilk dəfə nümayiş etdiriləcək.