Müsavat Partiyası Adnan Hacızadə və Emin Milli ilə bağlı etirazlara dəstək verəcək
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Gündəlik qərarların icrası, görülən işlər, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair məsələlərdən ibarət olub.
Müsavat Partiyasının mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məulamat görə, toplantıda Qarabağ danışıqlarının gedişatı ilə bağlı müzakirələr davam etdirilib.
Divan üzvləri Emin Milli və Adanan Hacızadənin ictimaiyyətin və beynəlxalq təşkilatların israrlı tələblərinə baxmayaraq hələ də qanunsuz olaraq həbsdə saxlandığı qeyd edilib. Bildirilib ki, bu qanunsuz həbsə ölkə çapında və beynəlxalq səviyyədə etirazlar davam edir və Müsavat Partiyası bu yöndə bütün təşəbbüslərə, xüsusən gənclərin təşəbbüslərinə dəstək verəcək.
Gündəliyin cari məsələlər bölümündə ?Qarabağ? futbol klubunun iyul ayının 23-də -bütün Azərbaycan üçün həssas bir gündə - Avropa yarışları çərçivəsində Norveçin məşhur ?Rosenburq? komandasının qalib gəlməsi xüsusi qeyd edilib. Divan bu münasibətlə ?Qarabağ?ı təbrik edib və gələcək oyunlarda uğurlar arzulayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51