BAXCP Ermənistanla aparılan sülh danızıqlarının dayandırılmasını tələb edir
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının İdarə Heyətinin iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, BAXCP Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Ermənistanla aparılan sülh danışıqlarının dayandırılmasını tələb edən bəyanat verib.
Bəyanatda danışıqların problemin ədalətli həlli üçün heç bir perspektiv vəd etmədiyi qeyd olunur: ?ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin vasitəçiliyi ilə aparılan müzakirələrin gedişi göstərir ki, Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həlli yoxdur. Azərbaycan tərəfi Ermənistanın öz işğalçılıq siyasətinə son qoymadığını, danışıqlar prosesində qeyri-konstruktiv və beynəlxalq hüququn prinsiplərinə ziddi mövqe sərgilədiyini əsas gətirərək təcavüzkar dövlətlə aparılan danışıqları dayandırdığını rəsmən elan etməli, peşəkar ordu quruculuğu istiqamətində ciddi addımlar atmalı və büdcənin 25-27 faizini silahlı qüvvələrin daha yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi üçün ayırmalı, Azərbaycan xalqını təslimçi sülhə deyil, öz torpaqlarını azad etmək üçün səfərbər olmağa, şərəfli qələbə qazanmağa hazırlamalıdır?.
BAXCP rəhbərliyi hesab edir ki, Ermənistanla danışıqların bərpası yalnız o zaman mümkün ola bilər ki, təcavüzkar ölkə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsin.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51