içərizəhərdə növbəti ?Meydan bazarı? təzkil olunub
?İçərişəhər? Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
dünən Qoşa qala qapısının girişində növbəti ?Meydan Bazarı? təşkil edib. İdarənin mətbuat katibi Rahib Azəri Müstəqil İnformasiya Agentlyiyinə bildirib ki, tədbir zamanı Bakı əhalisi və paytaxtın qonaqlarına istirahət üçün şərait yaradılıb, milli tətbiqi sənətkarlıq ustaları hazırladıqları məhsulları satışa çıxarıblar, sehrbazlar, kəndirbazlar, pəhləvanlar, aktyorlar, musiiqçilər tamaşaçılar qarşısında müxtəlif çıxışlar ediblər, şoular göstəriblər.
R.Azəriinin sözlərinə görə tədbirin təşkilində məqsəd Azərbaycan sənətkarlığının hər bir istiqamətinin bərpa olunması və əhali arasında fəal təbliğidir. Bazara gələn insanlar bu və ya digər tətbiqi sənət növünün incəlikləri, habelə sənətkarların özləri ilə tanış olmaq, hətta həmin sənət əsərinin hazırlanmasında şəxsən iştirak etmək imkanı əldə ediblər. Onlara milli yeməklərin və içkilərin dadına baxmaq imkanı da yaradılıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19