Amerikalı konqresmen hesab edir ki, 907-ci düzəliz ləğv olunmalıdır
ABŞ konqresinin Azərbaycana qarşı 907-ci düzəlişi ləğv olunmalıdır. ANS PRESS-in ?Turkishweekly?ə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı ABŞ Konqresinin Azərbaycan üzrə həmsədri, Texas ştatından olan konqresmen Solomon Ortiz bildirib.
?Mən hesab edirəm ki, 907-ci düzəliş ədalətsizlikdir, ABŞ-ın Azərbaycan kimi güclü müttəfiqinə və strateji əməkdaşına qarşı tətbiq olunmamalıdır?- deyə Ortiz bildirib.
ABŞ tərəfindən 1992-ci ilin oktyabr ayında qəbul edilmiş "Azadlığın dəstəklənməsi aktı" qanununa 907-ci düzəliş hələ də qüvvədədir. 1997-2000-ci illər ərzində Klinton administrasiyası Konqresin 907-ci düzəlişi ləğv etməsi üçün dəfələrlə cəhd edib. Düzəlişin qüvvədə olması 2002-ci ildən ABŞ Prezidenti tərəfindən dayandırılır. 907-ci düzəlişin işi həmçinin 2009-cu ildə də dayandırılıb.
Ortizin sözlərinə görə, son zamanlar prezident Obamanın Azərbaycan üzrə işçi qrupun qarşı çıxdığı və qarşı çıxmaqda davam etdiyi düzəlişdən imtina etməsi üçün çoxlu cəhdlər edilir.
"Artıq 907-ci düzəlişin ləğv edilməsinin vaxtı gəlib çatıb", - konqresmen hesab edir.
"Bu maddənin ləğvi ABŞ-Azərbaycan münasibətlərinin gələcək möhkəmlənməsinə əngəl olan əsas maneələri aradan qaldıracaq", - o deyib.
Ortizin sözlərinə görə, yaxınlarda o, Bill Şuster və Eddi Bernis Consonla birlikdə, Nümayəndələr Palatasının Təxsisatlar üzrə Komitəsinə 907-ci bölmənin ləğvi ilə bağlı məktub göndəriblər. "Qeyd etdiyim kimi, mən bundan sonra da Azərbaycana hərbi yardım da daxil olmaqla, ümumi yardımın göstərilməsi üçün səylərimizi davam etdirəcəm", - o bildirib.
"Prezident Obamanın xarici siyasətinin prioritet hədəflərindən biri, müsəlman dünyası ilə münasibətlərimizi möhkəmləndirməkdir", - Ortiz hesab edir.
"ABŞ-ın enerji təhlükəsizliyi və terrorizmə qarşı müharibə kimi vacib sahələrdə cəsarətli müttəfiqi və strateji tərəfdaşı olan Azərbaycan, münasibətlərimizi möhkəmləndirməyə çalışdığımız ilk müsəlman ölkələrindən biri olmalıdır", - o qeyd edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50