Xalq artisti İlhamə Quliyeva ad gününə hazırlaşır. Müstəqil İnformasiya Agentliyinə bu məlumatı sənətçinin mətbuat xidmətinin rəhbəri Faiq Ələkbərli verib. Deyib ki, avqust ayının 17-si İlhamə xanımın ad günüdür. Bu məqsədlə o, bütün işlərinə ara verib. Həmin günü müğənni dost-tanışları ilə bir məkanda olacaq. O ki qaldı yaradıcılıq işlərinə, İlhamə xanım buna avqustun sonlarında başlayacaq.