Xalq artisti, tanınmış muğam ifaçısı Səkinə İsmayılovaya bir neçə ölkədən dəvət gəlib. S.İsmayılovanın Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, hazırda istirahətdədir və səfərləri barədə qərarı avqustun 20-dən sonra verəcək: ?Çünki bu səfərlərin sentyabrda baş tutacağı gözlənilir. Bircə onu deyə bilərəm ki, dəvət aldığım hər bir ölkədə Azərbaycan muğamaları ilə yanaşı, xalq mahnılarımızı da təbliğ edəcəyəm?.