Bu gün saat 10:00-dan etibarən İranın Azərbaycandakı səfirliyində anım mərasimi keçirilmişdir. Mərasim Tehran-İrəvan reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində 168 nəfərin ölməsi ilə əlaqədar. Səfirliyə gələn başqa ölkələrin səfirləri, nümayəndələri, Azərbaycanın bəzi dövlət məmurları anım mərasimindəki xatirə dəftərinə ürək sözlərini yazıblar. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, keçirilən anım mərasimində İranın Azərbaycandakı səfiri Məhəmməd Bazi Bəhrami gələnlərə öz təşəkkürünü bildirib: ?Bizim ağırımıza həmdəm olanlara öz dərin minətdarlığımı bildirib, onu demək istəyirəm ki, heç bir ölkədə belə bir hadisə baş verməsin. Allah bütün təyyarə qəzasında ölənlərə rəhmət eləsin!?.