Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Namiq Əliyev Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayonundakı bir sıra kəndlərdə sakinlərlə görüşüb. N.Əliyev səfərinə rayonun Ermənistanla həmsərhəd Sadaxlı, Burma, Təzəkənd kəndlərindən başlamış, Qızılhacılı, Qaçağan, Quşçu və Qasımlı kəndlərinin sakinləri ilə görüşlərlə davam etdirib. Səfir bölgədə yaşayan azərbaycanlıların problemləri ilə tanış olmuş, Sadaxlı və Qaçağan kənd məktəblərinə kitablar hədiyyə etmişdir.