?Ölkə üzrə ümumi olaraq biçiləcək taxıl sahəsi 1 milyon 92 min 491 hektar təşkil edir. Bu sahələrdən 976 min 474 hektarı biçilib. Bu hesabatda qarğıdalı salınmayıb. Taxıl istehsalı isə 2 milyon 557 min 33 ton olub?. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətidən məlumat verilib. KTN-dən verilən məlumata görə, taxıl biçinində 1 hektardan məhsuldarlıq 26,2 sentner təşkil edir və son məhsuldarlıq payızda məlum olacaq: ?Ümumilikdə taxılla bağlı məhsuldarlıq 27 sentner təşkil edə bilər. Lakin son bir həftədə 133 min 401 hektar biçilib. Həftə ərzində taxıl istehsalı isə 357 min 138 ton təşkil edib. O cümlədən, buğdanın biçiləcək sahəsi 806 min 573 hektardır. Ondan 713 min 532 hektarı biçilib. Bu isə ümumi sahənin 73 faizini təşkil edib. Buğda istehsalı 1 milyon 918 min 673 ton olub. 1 hektardan məhsuldarlıq 26,9 sentnerdir. Son həftə ərzində 126 min 428 hektar buğda biçilib. İstehsalı isə 338 min 370 ton təşkil edib?. KTN mətbuat xidmətindən o da bildirilib ki, bu ilki məhsuldarlıq ötən ilə nisbətən zəifdir: ?Ancaq onu da qeyd edim ki, keçən ilə nisbətdə o qədər də ciddi fərq yoxdur. Məhsuldarlıq keçən ilə nisbətən məhsuldarlıq təxminən 1,4 sentner az olub?.