Ermənistan və Azərbaycan prezidentləri-İlham Əliyev ilə Serj Sarkisyan sentyabrın sonu, oktyabrın əvvəllərində görüşə bilərlər. ATƏT-in Minsk qrupunun yaydığı bəyanatda bildirilir ki, görüşün hazırlanması üçün həmsədərlər sentyabrda regiona səfər edəcəklər. Vasitəçilərin bəyənatında həmçinin Moskva görüşünün kostruktiv şəraitdə keçdiyi qeyd olunur. Bəyanatda həmçinin həmsədrlər iyulun sonunda Polşada görüşərək Madrid sənədinin Minsk qrupunun üzv olan ölkələrin prezidentlərinin Akvil şəhərindəki bəyanatlarına uyğun yenilənmiş variantını hazırlayacaqları bildirilir. Sənəd barəsində Azərbaycan və Ermənistan prezidentləri məlumatlandırılacaqlar.