Bu gün ?Azərfon?la İngiltərənin ?Voda fone? şirkəti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu müqavilədən sonra hər iki şirkət arasında əlaqələr daha da gücləndiriləcək. MİA xəbər verir ki, ?Azərfon?un icraçı direktoru Gido Xelbix ?Azercell?lə aralarında yaranmış problemə də münasibət bildirib: ?Düzü, bu addım bizi şoka salıb. ?Azercell? həmişə digər operator şirkətlərinə qarşı bu tipli qara piar kampaniyası aparır. Bu da növbəti kampaniyadır. Hazırda bu məsələylə bağlı araşdırma aparılır. Hesab edirəm ki, problemlər həll olunacaq?.