ilham Əliyev israilin Azərbaycandakı səfirini qəbul edib
Prezident İlham Əliyev İsrailin fövqəladə və səlahiyyətli səfiri Artur Lenki Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin inkişafından məmnunluğunu söyləyib. Dövlət başçısı Azərbaycanda fəaliyyəti dövründə Artur Lenkin Azərbaycan-İsrail əlaqələrinin genişlənməsi işinə öz töhfəsini verdiyini bildirib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Artur Lenk ölkələr arasında münasibətlərin inkişaf etdiyini, iqtisadi-ticarət əlaqələrinin daha da genişləndiyini vurğulayıb, onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50