?Xumar xanım Bakıdadır. Sənət adamlarının çoxu dincəlmək üçün xarici ölkələrə üz tutsa da, o, hələki ölkədən kənara çıxmaq fikrində deyil. Çünki yaradıcılıq işləri ilə məşğuldur?,- deyən Xumar Qədimovanın bacısı Mətanət xanım Müstəqil İnformasiya Agentliyinə bildirib ki, hazırda müğənni yeni layihələrə imza atmaqdadır. M.Qədimovanın sözlərinə görə, qarşıdan gələn yeni mövsümdə müğənninin pərəstişkarlarını sürpizlər gözləyir: ?Xumar xanım yeni mahnılar üzərində işləyir. Mahnı yaxın günlərdə telekanallarda səsləndiriləcək. İnanıram ki, o mahnılar Xumar xanımı bir az da populyarlaşdıracaq və heyranlarının sayı birəbeş artacaq. Mahnı istədiyimiz effekti verərsə, çox güman ki, klip versiyası da baş tutacaq?.