Emin Millinin apellyasiya zikayət təmin olunmayıb
Bu gün Bakı Apellyasiya Məhkəməsində ?Alumni Network? (AN) Gənclər Şəbəkəsinin təsisçisi Emin Millinin apellyasiya şikayətinə baxılıb. Hakim Camal Ramazanovun sədrliyi ilə qapalı keçirilən prosesdə müdafiə tərəfinin E.Milli barəsində həbs-qətimkan tədbirinin seçilməsinə dair birinci instansiya məhkəməsinin qərarının ləğvi, saxlanılan şəxslərin konstitusion hüquqların pozulmasının tanınması iddiası təmin olunmayıb.
Müstəqil İnformasiya Agentliyinin xərinə görə, E.Millinin vəkili Elton Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, prosesin açıq keçirilməsi ilə bağlı vəsatətləri təmin olunmasa da, Eminin məhkəmədə iştirakı təmin olunub. Vəkil Bakı Apellyasiya Məhkəməsinin bugünkü qərarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəklərini bildirib.
Hazırda isə Bakı Apellyasiya Məhkəməsində ?Ol? Gənclər Hərəkatının təsisçilərindən olan Adnan Hacızadənin apellyasiya şikayətinə baxılır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51