Ağaxan Abdullayev Qubaya gedib
Xalq artisti, tanınmış muğam ifaçısı Ağaxan Abdullayev neçə vaxtdır Bakını tərk edib. Müstəqil İnformasiya Agentliyinə məlumat verən sənətkar bunu istirahətlə əlaqələndirdi:?Hazırda Qubada istirahət edirəm. Ailəm də yanımdadır. Avqusta ayına kimi buradayıq. Açığı, istirahət etməyimə baxmayaraq, yaradıcılığımı da yadımdan çıxarmıram. Səfərlər var. Amma qabaqcadan danışmaq mənə uğur gətirmir. Odur ki, bu səfərlər barəsində sentyabrda məlumat verəcəyəm?.
Qeyd edək ki, A.Abdullayevin pərəstişkarlarına bir konsert borcu var. Özüdə bu layihədə ona xalq artisti Brilliant Dadaşova dəstək verməlidir. Xanəndənin sözlərinə görə, həmin layihə öz effektini hələ də itirməyib. Sadəcə olaraq, konserti həyata keçirmək üçün maliyyə dəstəyi yoxdur.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47