Fazil Qəzənfəroğlu Milli Müqavimət hərəkatının yaradılmasına ehtiyac görmür
?Mən, ümumiyyətlə, bütün köhnə formatların yenidən dirçəldilməsinə, vəfat etmişlərin yenidən dirildilməsinə qarşıyam. İnsanlar yeni anlayışlarla prosesə qoşulmalıdırlar. Xalq Cəbhəsini bərpa etmək, Milli Müqavimət hərəkatını yenidən yaratmaq əhəmiyyətsizdir. Hərəkatın ən güclü vaxtında belə hakimiyyətə təzyiq göstərilə bilinmədisə, iniki vəziyyətdə bu, ümumiyyətlə, mümkün deyil. Ona görə də yeni təzyiq yolu tapılmalıdır?.
Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Qəzənfəroğlu Qarabağ məsələsi ilə bağlı müxalifətin Milli Müqavimət hərəkatının yaradılması ilə bağlı təklifinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hər kəs öz mövqeyini açıq şəkildə bildirməlidir, hakimiyyət də səslənən fikirlərə öz mövqeyini ortaya qoymalıdır.
?Hakimiyyət müxalifətlə də hesablaşmır, hər hansı bir kənar fikiri də qəbul etmək istəmir. Belə bir vəziyyətdə hansı metodlarla olursa-olsun səhvləri deməliyik və onun düzəldilməsinə çalışmalıyıq?- deyə F.Qəzənfəroğlu fikrini tamamlayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51