ATƏT-in Baz katibi Xarici izlər Nazirliyində olub
Xarici işlər nazirinin müavini Vaqif Sadıqov ATƏT-in Baş katibi Mark Perrin De Brişambonu qəbul edib. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, görüşdə ATƏT ilə Azərbaycan arasında münasibətlərin genişləndirilməsinin perspektiv istiqamətləri müzakirə edilib. Həmçinin, təşkilatın hazırkı fəaliyyəti ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycana səfərindən məmnunluğunu bildirən qonaq ATƏT ilə Azərbaycan arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. M.Brişambonu bu əlaqələrin daha da dərinləşdirilməsində ATƏT-in maraqlı olduğunu qeyd edib. Bakıda olduğu müddətdə bir sıra yüksək səviyyəli görüşlərin keçirdiyini bildirən M.Brişambo, görüşlər zamanı ATƏT-in hər üç fəaliyyət ölçüsü üzrə apardığı işin müzakirə olunduğunu vurğulayıb.
Öz növbəsində, nazir müavini V.Sadıqov ölkəmizin ATƏT-lə əməkdaşlığa önəm vediyini bildirib. Azərbaycanla ATƏT arasındakı münasibətlərin inkişafında bu təşkilatın Bakı Ofisinin rolunu mühüm olduğunu vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50