Türkiyə ilə Azərbaycan yenidən qazın qiymətini müzakirə edəcək
Azərbaycan ilə Türkiyə arasında təbii qazın qiymətinin razılaşdırılması ilə bağlı növbəti müzakirələr iyulun 17-də keçiriləcək. Bu barədə CNN Türk kanalı məlumat verib. Hər iki ölkənin nümayəndə heyətlərinin Naxçıvan Muxtar Respublikasında görüşəcəyi bildirilib. Məlumata görə, müzakirələrdə yalnız qazın qiyməti deyil, Azərbaycandan Türkiyəyə verilən qazın miqdarı da müzakirə ediləcək.
Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə ANS PRESS-ə bildirib ki, onda bu görüş barədə məlumat yoxdur.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50