Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüzü zamanı heç bir sənəd imzalanmayacaq
Azərbaycan, Ermənistan və Rusiya prezidentləri iyulun 18-də Moskvada keçiriləcək görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcəklər. ?RİA-Novosti?nin verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin köməkçisi Sergey Prixodko məlumat verib.
"Belə bir görüş məlum olduğu kimi iyulun 18-də Kremldə baş tutacaq. Görüş zamanı hər hansı bir sənədin imzalanması planlaşdırılmır?,- deyə o bildirib. Xatırladaq ki, 2008-ci il martında BMT Baş Assambleyası Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan ərazisi olan Dağlıq Qarabağdan çıxarılması barədə qətnamə qəbul edib. Həmin sənəddə bu ərazilərin Azərbaycana məxsus olduğu təsdiq edilib. Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri olan Rusiya, Fransa və ABŞ sənədin ?əleyhinə? səs vermişdi.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50